UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Günün maraqla gözlənilən qarşılaşmalarından birində “Panatinaikos” və “Marsel” üz-üzə gəlib. Yunanıstandakı görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu görüşün sonunda Bernard vurub.
Qlazqoda keçirilən “Reyncers” – “Servett” oyununda isə azarkeşlər 3 qol görüblər. Bu dəfə də meydan sahiblıri sevinən tərəf olublar. Şotlandiya klubu 15 dəqiqəyə rəqibi 2 dəfə məyuas edib. Ceyms Tavernye və Siril Dessers qapını dəqiq nişan alıb. Fasiləyə kimi Kris Bedia buraxılan toplardan birinin əvəzini çıxsa da, bu yalnız təsəlli olub. Görüş Qlazqo təmsilçinin 2:1 hesablı qələbəsi ilə bitib. Qeyd edək ki, hər iki matçın cavab görüşü avqustun 15-də keçiriləcək.